Cəmiyyət

Təhsil nazirindən yeni təyinat

7 Yanvar 2021 19:20
Baxış: 1 860
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni sədr təyin edilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. 

Həmin əmrə əsasən, Eldar Orucov Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub. Bu təyinata qədər Eldar Orucov Agentliyin İdarə Heyəti sədrinin müavini vəzifəsini tuturdu.

Qeyd edək ki, Eldar Orucov 2004-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyası bitirib. O, 2009-2016-cı illərdə ölkənin aparıcı banklarında rəhbər vəzifələrdə çalışıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.