Cəmiyyət

Şəhid anası: "Oğlum sentyabrın 26-sı zəng etdi və dedi ki, halallıq ver, bəlkə görüşmədik" - VİDEO

5 Yanvar 2021 16:28
Baxış: 1 187
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəmanlarımızdan biri də Elməddin Abdullayevdir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 2001-ci ildə Qubanın Qam-Qam kəndində anadan olan qəhrəmanımız hərbi xidmətini başa vurduqdan sonra, oktyabr ayında ordu sıralarından tərxis edilməli imiş. Amma sentyabrın 27-də Vətən müharibəsi başlayanda savaşa atılan Elməddin torpaqlarımızın azad edilməsi uğrunda əzm və qəhrəmanlıqla döyüşüb, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Suqovuşan istiqamətində gedən döyüşlərdə Elməddin Abdullayev snayper gülləsinə tuş gələrək, şəhid olub.

Anası Təranə Abdullayeva deyir ki, övladı həmişə düşməni məhv edərək torpaqlarımızı azad etmək eşqi ilə yaşayıb.

Ölümü ilə ölümsüzlük qazanan qəhrəman gənclə bu gün təkcə ailəsi deyil, onu tanıyan hər kəs qürur duyur.

Qeyd edək ki, döyüşlərdə göstərdiyi fədakarlığa görə, Elməddin Abdullayev ölümündən sonra "Vətən uğrunda medalı" ilə təltif edilib.

Mövzu ilə bağli daha ətrafli videomaterialı təqdim edir:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.