Cəmiyyət

Göyçayda qadın dəm qazından zəhərlənərək ölüb

2 Yanvar 2021 23:27
Baxış: 904
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 19:00 radələrində Göyçay rayonu Bığır kənd sakini, 1964-cü il təvəllüdlü Umudova Mükafat Eynulla qızı yaşadığı evdə dəm qazından zəhərlənib.

O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. M.Umudova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.