Cəmiyyət

Gəncə terrorunda çəkilən şəkil “İlin fotosu” seçildi

26 Dekabr 2020 15:54
Baxış: 1 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

TRT-nin baş direktoru İbrahim Eren Anadolu Agentliyi (AA) tərəfindən təşkil edilən "İlin fotosu" səsverməsinə qatılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, jurnalistlər və fotomüxbirlər tərəfindən ölkə daxilində və xaricdə çəkilən xəbərləri, həyat və idman kateqoriyasındakı şəkilləri incələyib.

İ. Eren xəbər kateqoriyasında Onur Çoban tərəfindən çəkilən "Gəncədə bacısı qızına vida" başlıqlı fotonu qalib seçib.

Qeyd edək ki, fotoda 17 oktyabrda Gəncə terrorunda 10 aylıq bacısı qızı Narini itirən və onun kəfənə bükülmüş cəsədini qucağında saxlayan Teymur Əsgərov yer alıb. 

Xatırladaq ki, sözügedən şəkil AA-nın oktyabr ayı üçün keçirilən sorğusunda "ayın fotosu" seçilmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.