Cəmiyyət

Kafedə qumarxana təşkil edənlər tutulub

25 Dekabr 2020 14:49
Baxış: 802
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəlilabadda karantik qaydalarını pozan kafe aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində şəhər sakini H.Rzayevin özünə məxsus "Okean" kafesində 10 nəfərin iştirakı ilə qumarxana təşkil etməsi müəyyən edilib.

H.Rzayev saxlanılıb, digər şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci, 333-cü və 525-ci maddələri ilə inzibati protokollar tərtib edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.