"Azəriqaz" qüvvədə olan mülki-hüquqi müqavilələrə xitam verilməsinə aydınlıq gətirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2016-cı il tarixində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransında yekun nitqində əhalinin işlə təmin edilməsi və məşğulluq səviyyəsinin artırılması məqsədilə iri dövlət müəssisə və təşkilatlarında haqqı ödənilən ictimai iş yerlərinin təşkil olunması tapşırığına əsasən "Azəriqaz" İstehsalat Birliyi ilə mülki-hüquqi müqavilə əsasında xidmət göstərən fərdi sahibkarla xidməti müqavilələr bağlanılıb. Bu müqavilələrin sayı təqribən 8500 nəfəri əhatə edir.
Bu barədə Milli.Az-a "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyib . O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nın 4.4.5-ci bəndində işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu sahədə səmərəli idarəetmənin təşkili məqsədilə DOST Agentliyinin tabeliyində "DOST İş Mərkəzi" MMC yaradılıb. 02.12.2020-ci il tarixində "DOST İş Mərkəzi" MMC ilə "Azəriqaz" İstehsalat Birliyi arasında saziş bağlanıb. Həmin sazişə görə "Azəriqaz" İstehsalat Birliyi 30.12.2020-ci il tarixi etibarilə fərdi sahibkarlarla bağladığı qüvvədə olan bütün mülki-hüquqi müqavilələrə xitam verməyi, "DOST İş Mərkəzi" MMC isə 2021-ci ilin yanvar ayından həmin şəxslərlə əmək müqaviləsi bağlamağı öhdəsinə götürüb. Beləliklə, mülki-hüquqi müqavilələrin ləğv edilərək müvafiq qaydada əmək müqaviləsinin bağlanması dövlət səviyyəsində həyata keçirilən bir tədbir olub əhalinin məşğulluğunun, əmək, sosial müdafiə və təminatının yüksəldilməsinə, onların sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir.
"DOST İş Mərkəzi" MMC ilə həmin vətəndaşlar arasında yaranacaq əmək münasibətləri müvafiq qaydada əmək müqaviləsinin bağlanması yolu ilə əmək qanunvericiliyinə uyğun rəsmiləşdiriləcək, vətəndaşlara aylıq 250 manat hesablanmış (xalis 241 manat) əmək haqqı təyin ediləcək, onlar üçün əmək kitabçası açılacaq, bununla onlara iş stajı hesablanacaq ki, bu da gələcək karyeralarında daha yüksək əmək haqqısı olan işə keçmək istədikləri zaman nəzərə alınacaq. Həmçinin onlar əmək qanunvericiliyi ilə digər vətəndaşlara verilən məzuniyyət, istirahət və s. hüquqlarından tam istifadə edə biləcəklər. Bu şəxslər yenə ictimai işlərin yerinə yetirilməsi məqsədilə "Azəriqaz" İstehsalat Birliyinə və digər dövlət müəssisə və təşkilatlarına təhkim olunacaqlar. Əmək müqaviləsinin bağlanmaması üçün yeganə səbəb bunlar ola bilər: vergi borcunun tam ödənilməməsi və VÖEN-in fəaliyyətinin dayandırılmaması və başqa işəgötürənlə qüvvədə olan əmək müqaviləsinin mövcud olması. Bunlar olmadığı təqdirdə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən mülki-hüquqi müqaviləsinə xitam verilən bütün vətəndaşlarla "DOST İş Mərkəzi" MMC əmək müqaviləsi bağlayacaq.
28 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında hərbi xidmətə çağırılan və mülki-hüquqi müqavilə ilə "Azəriqaz" İstehsalat Birliyinə xidmət göstərən hərbi vəzifəlilərlə bağlanmış xidməti müqavilələrə isə həmin şəxslər tərxis olunanadək xitam verilməyəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır - Kamaləddin Qafarov
-
Yasamalda yaşayış evində dəhşətli partlayış: Ölən və yaralananlar var
-
Ehtiyatda olan bütün hərbi vəzifəlilərin NƏZƏRİNƏ
-
Tanınmış jurnalist vəfat etdi - (Foto)
-
Anar Bayramov Şahin Hüseynovu yüksək vəzifəyə təyin etdi
-
Bakıda bağ evlərində istirahət qiymətləri: 13 min manat...
XƏBƏR LENTİ
-
Zamiqin Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
Sumqayıtda gənc qız çimərlikdə boğuldu
-
Fatimə Kərimova cinayətinin yeni detalları: Atasından daşınmaz əmlaklar qalıbmış
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
-
Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır - Kamaləddin Qafarov
-
Türkan Vəlizadə dəyişib belə oldu - (Video)
-
Yasamalda yaşayış evində dəhşətli partlayış: Ölən və yaralananlar var
-
Ehtiyatda olan bütün hərbi vəzifəlilərin NƏZƏRİNƏ
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Messi Maradona və Mbappeni geridə qoydu
-
Neftimiz bahalaşdı
-
Hakimiyyəti pula çevirən prezident: Kriptovalyuta necə Trampın əsas biznesinə çevrildi
-
Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb
-
Bu BÜRCLƏR tezliklə çoxlu pul qazanacaq
-
Tanınmış jurnalist vəfat etdi - (Foto)
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
Azərbaycanda müəllim vəfat etdi
-
Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?
-
XİN ABŞ-ni təbrik edib





