Cəmiyyət

İşğaldan azad edilən Ağdam - VİDEO

22 Dekabr 2020 12:46
Baxış: 1 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İllərdir ki, düşmən tapdağında olan torpaqlarımız və postlarımızda artıq Azərbaycan əsgəri durub, üçrəngli bayrağımız dalğalanır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusu Ağdam rayonuna bir güllə atılmadan boşaltmalı oldu.

Bu gün isə ordumuz öz mövqelərini Ağdamın işğaldan azad edilən ərazilərində qurub.

Postlarda xidmət aparan əsgərlərimizin qüruru isə gözlərindən oxunur.

Yeni qurulan döyüş mövqelərində əsgərlərimiz üçün hər cür şərait yaradılıb.

Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

Mövzu ilə bağli daha ətraflı videomateriali təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.