Abşeron rayonunda ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Xırdalan şəhərində ümumi sahəsi 80 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 16 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az