Cəmiyyət

Müharibənin dayandırılmasından bir neçə saat əvvəl şəhidlik zirvəsinə ucalmış Bəhmən Verdiyev - VİDEO

17 Dekabr 2020 10:12
Baxış: 1 363
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən hərbçilərimizdən biri də Bəhmən Verdiyev olub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın Binəqədi rayonu, Mehdiabad qəsəbəsində boya-başa çatan Bəhmən Verdiyev müharibənin ilk günlərindən qardaşı ilə birlikdə könüllü olaraq müraciət edib. Sentyabrın 27-də isə müharibəyə yollanıb.

Bəhmən bir müddət Şəmkirdə təlimlərdə olub. Sonra isə Füzulidə, ardınca da digər istiqamətlərdə və Şuşada döyüşlərdə iştirak edib. Döyüşlərə qatıldığını ailəsindən gizlədib. Onun aktiv döyüşdə olduğunu yalnız qardaşı və döyüşlərdə iştirak edən yeznəsi Samir bilib. Üçtərəfli Bəyanatın imzlanmasına bir neçə saat qalmış isə şəhidlik zirvəsinə ucalıb.

Anası Vəsilə Əsədova deyir ki, vətənini bütöv görmək və şəhidlik Bəhmənin çoxdankı arzusu olub.

Bacısı isə Bəhmənin həyata keçirə bilmədiyi arzularını reallaşdırmaq üçün əlindən gələni edəcəyini deyib.

Bəhmən Verdiyev ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.