Cəmiyyət

Sərt karantin zamanı taksilər necə işləyəcək? - VİDEO

12 Dekabr 2020 12:01
Baxış: 2 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 14-dən yanvarın 18-nə kimi Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İmişli rayonlarının mərkəzlərinə giriş çıxış dayandırılsa da, taksilərin fəaliyyətinə icazə veriləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Günay Əliyeva bildirib ki, yalnız fərqlənmə nişanı olan taksi sürücüləri rayonlardan Bakıya sərnişindaşıma ilə məşğul ola biləcəklər. Burada da müəyyən şərtlər var ki, onlara əməl olunması mütləqdir. Əks halda, həmin sürücülər xüsusi stasionar postlarda dövlət yol polisinin əməkdaşları tərəfindən saxlanılacaq.

Paytaxtda sərt karantin dövründə taksi fəaliyyəti ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciətlərin sayı artıb. Agentliyin mətbuat katibi Mais Ağayev deyib ki, fərqlənmə nişanı almaq karantin vaxtı taksi fəaliyyəti göstərməyə əsas vermir. Bunun üçün sürücülər icaze.e-gov.az portalında da qeydiyyatdan keçməlidirlər.

Artıq sərt karantin rejiminə əvvəlcədən hazırlıq görənlər də var. Bəzi taksi sürücüləri indidən sənədlərini qaydasına salıb.

Qeyd edək ki, taksi şirkətləri ilə işləyən sürcülərə gəlincə, onların icazəsi həmin şirkətlər tərəfindən alınacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.