Cəmiyyət

ABŞ-da azərbaycanlı ailə koronavirusdan vəfat edib

9 Dekabr 2020 16:32
Baxış: 2 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kaliforniyanın Los Anceles şəhərində bir azərbaycanlı ailənin dörd üzvü koronavirüsdan (COVID-19) ölüb.

Milli.Az Day.Az-a istinadən bildirir ki, Əliyevlər ailəsinin başçısı, 1964-cü il təvəllüdlü Kamil Əliağa oğlu, həyat yoldaşı 1978-ci il təvəllüdlü Əliyeva Svetlana Yuryevna, ailənin uşaqları 1999-cu il təvəllüdlü Roma Kamil oğlu və 2001-ci il təvəllüdlü Əliyev David Kamil oğlu bu yaxınlarda koronavirus diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Güclü müalicəyə baxmayaraq, onlar ötən həftənin fərqli günlərində vəfat ediblər. Eyni gündə iki ailə üzvü - ana və böyük övlad ölüb. Uşaqların böyüyü Roma Əliyev anadangəlmə astmadan əziyyət çəkirdi.

Ailənin yalnız bir üzvü sağ qalıb - 2004-cü il təvəllüdlü Əliyeva Əminə Kamil qızı.

Ölənlər xüsusi qaydada dəfn edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.