Cəmiyyət

Düşməni dəqiq atəşlə məhv edən snayper - Şəhid Emin Məmmədov böyük şücaət göstərib - VİDEO

9 Dekabr 2020 17:04
Baxış: 1 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsində qəhrəmanlıq göstərənlərdən biri də Emin Məmmədovdur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 1992-ci ildə Beyləqanın Qəhrəmanlı qəsəbəsində anadan olan hərbçimiz müharibə başlayanda ön cəbhəyə yollanıb.

Xüsusi təyinatlı bölmədə kəşfiyyatçı-atıcı olan Emin Məmmədov snayper kimi düşmənə sözün əsl mənasında qan uddurub. O, Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin mövqelərinin darmadağın edilməsində xüsusi rol oynayıb. Oktyabrın 27-də Füzulinin Qaraxanbəyli kəndində düşmən gülləsinə tuş gəlib və şəhid olub. Onun qəhrəmənlığı barəsində valideynlərinə döyüş yoldaşları danışıb.

Atası və anası övladları ilə qürur duyurlar. Eminin şəhid olması ürəklərini ağrıtsa da, vətən torpaqlarının azad olunmasında oğullarının da payının olması onlar üçün böyük fəxrdir. Valideynləri deyirlər ki, Emini evləndirmək niyyətləri olub. Axırıncı dəfə onunla danışanda bildiriblər ki, müharibə qurtaran kimi onu istədiyi qızla nişanlayacaqlar.

Bu gün şəhid valideynləri övladlarının canı bahasına başa gəlmiş qalibiyyətin qürurunu yaşayırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.