Cəmiyyət

Bu il Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlanıb

9 Dekabr 2020 12:29
Baxış: 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İlin əvvəlindən bu günə qədər Azərbaycanda qeydə alınan zəlzələlərin sayı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 40 rəqəmsal seysmik stansiyanın məlumatı əsasında bu günə qədər RSXM-nin Zəlzələlərin tədqiqatı bürosu tərəfindən 11 016 yeraltı təkan, 1 021 partlayış qeydə alınıb.

Məlumata əsasən, zəlzələlərdən 3 579-u Azərbaycan ərazisində olub. Onlardan 3 025-i regional, 2 301-i isə uzaq zəlzələlərdir. Bundan başqa, tək stansiya tərəfindən 1 090 zəif təkan qeydə alınıb.

Qeyd olunub ki, Azərbaycan və ona bitişik ərazilərdə maqnitudaları ml>3 olan 70 zəlzələ qeydə alınıb, onlardan 20-si hiss olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.