Cəmiyyət

“Dedi ki, şəhid olsam, anana yaxşı bax” - VİDEO - FOTO

7 Dekabr 2020 10:27
Baxış: 2 818
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təranə xanım bu vətənin anasıdır. Bu gün o, qarışıq hislərin ağuşundadır. Çünki,onun tək oğlu Abbas qəhrəmandır.

Abbas Əliyev İkinci Qarabağ müharibəsində Füzuli-Qubadlı istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Vətən uğrunda döyüşmək böyük arzusu olub və zamanı gəlincə də könüllü döyüşə gedərək Vətənə olan sevgisini, bağlılığını döyüşdə vuruşan qardaşları ilə birgə göstərdi və son nəfəsinə kimi vuruşdu.

Bakıda böyüyüb boya-başa çatan Abbas Əliyevin Vətənə bağlılığı bir başqa idi. O bu sevgisini içində böyüdürdü. Bu ülvi hislərlə dolu sevgisi ilə bərabər 8 il gözü kimi qoruduğu oğlu İsmayılı da vətənpərvər döyüşçü kimi böyüdürdü. Çünki, Abbas özü də o vətənpərvər ruhda böyümüşdür.

Bəli indi İsmayıl uşaq deyil. O artıq böyüdü. Çünki, ata vəsiyyəti qazanıb həm də qəhrəman atanın...

İndi İsmayıl anasına daha yaxşı baxacaq.Çünki, onun atası ana vətinin qoynunda uyuyur...

Milli.Az Real TV-nin Əliyevlər ailəsindən hazırladığı reportajı təqdim edir:

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.