Cəmiyyət

Gəncədə dezinfeksiya aparılıb - FOTO

5 Dekabr 2020 18:30
Baxış: 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncədə Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq kompleks tədbirlər davam etdirilir.

Gəncə Şəhər İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, son vaxtlar koronavirusa yoluxma hallarının artması nəzərə alınaraq İcra Hakimiyyəti tərəfindən tibbi-profilaktiki işlər gücləndirilib.

Səhər saatlarından başlayaraq Gəncədə xüsusi kimyəvi maddələrlə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib. İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb edilblər.

Dezinfeskiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı Gəncənin qəsəbə və yaşayış massivlərində də aparılıb. Tibbi-profilaktik tədbirlər dayanacaqları, çoxmənzilli yaşayış binaları və həyətləri əhatə edib.

Qeyd edək ki, dezinfeksiya işləri müəyyən edilmiş qrafik üzrə mütamədi olaraq aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.