Cəmiyyət

Dostunun intiqamını almaq üçün onlarla erməni hərbçisini məhv etmiş şəhidimizin qəhrəmanlıq hekayəsi - VİDEO

4 Dekabr 2020 14:30
Baxış: 3 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəhid Zahir Feyzullayev 1992-ci il dekabrın 24-də Oğuzun Muxas kəndində anadan olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məktəb illərindən dəliqanlılığı, cəsarəti, vətən sevgisi ilə seçilən Zahir elə bunun nəticəsində hərbi xidməti başa vurduqdan sonra orduda qalmağı seçib.

Ordu sıralarında leytenant rütbəsinə qədər yüksələn Zahir xidmət dövrü ərzində göstərdiyi şücaətlərə görə dəfələrlə orden və medallara layiq görülüb.

Vətən müharibəsi başlayandan Zəngilan və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıb. Deyilənə görə, şəhid yoldaşının intiqamını almaq 10-larla ermənini məhv edib. Daha sonra dəfn mərasimində olan şəhid yaxınına zəng edərək, dostunun intiqamını aldığını deyib.

Zahirin son döyüşü Xocavəndin Tuğ kəndi ətrafında olub. O, burada qəhrəmancasına şəhid olub...

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.