5 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyan rayonunda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirilib.
Ombudsman Aparatından Milli.Az-a bildirilib ki, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri müəssisənin cərimə təcridxanasına, sanitar-tibb hissəsinə, yeməkxanaya, mətbəxə, görüş və karantin otaqlarına, habelə digər obyektlərə baxış keçiriblər.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin sanitar-tibb hissəsinin təmir olunduğu, lakin cərimə təcridxanasında əsaslı təmirə ehtiyac olduğu müşahidə edilib.
Məhkumların saxlanma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqlarının təmin olunması vəziyyəti yerində araşdırılıb. Fərdi və konfidensial qəbul zamanı məhkumların hüquqları, Ombudsmanın səlahiyyətləri və müvafiq qanunvericiliyin tələbləri izah edilib.
Başçəkmə çərçivəsində Ombudsmana ünvanlanmış yazılı müraciətlər qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib.
Yekunda MPQ üzvləri tərəfindən müəssisənin rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, habelə saxlanma şəraitinin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu məktəblər distant təhsilə keçdi
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
XƏBƏR LENTİ
-
Ərdoğandan BMT ilə bağlı mühüm təklif: Veto hüququ ləğv edilsin
-
Bakıda iki uşaq evdə köməksiz qaldı - (Video)
-
Türkiyədə məktəbə silahlı hücum: 4 şagird yaralandı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Maştağada fərdi evdə partlayış - Yaralananlar var - (Video)
-
Bu məktəblər distant təhsilə keçdi
-
3-cü kurs tələbəsi əməliyyatda öldü
-
Tahir Gözəl: "Məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
F1-də yarışların məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır





