Cəmiyyət

Güllə darağı zabitimizi necə xilas etdi? - İkinci Qarabağ döyüşlərindən qeyri-adi hadisə - FOTO

1 Dekabr 2020 17:19
Baxış: 2 787

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) zabiti Əli Kərimov. O, İkinci Qarabağ müharibəsində qəhramanlıq göstərərək Daşaltı qəsəbəsini döyüşçü yoldaşları ilə birgə azad edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Daşaltı əməliyyatında yaralansa da döyüşə davam edən Əli Kərimovun həyatını onun üzərində olan avtomatın güllə darağı xilas edib.

Daşaltı əməliyyatı zamanı düşmən snayperindən açılan atəş döyüşçünü yaralayıb, mərmi sol ayağından girərək sağ ayağından çıxıb. Yenidən düşmən zabiti ilə üz-üzə qalan Əliyə açılan namərd gülləsi xoşbəxtlikdən onun sinəsindəki güllə daraqlarına tuş gəlib, cavab olaraq Əlinin atdığı 3 atəş isə düşməni yerindəcə məhv edib.

O, sözügedən hərbi əməliyyatlar zamanı dəfələrlə ölümlə üzbəüz qalıb, mərd zabit yalnız irəliyə doğru addımlayıb.

Əlinin şücaət dastanında insanı təsirləndirən məqamlardan biri də özünün yaralı olmasına rəğmən, digər yaralı əsgər yoldaşını 17 km məsafədə çiynində daşımasıdır. Məhz onun bu fədakarlığı yaralı əsgərə ikinci həyat bəxş edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.