400 yaşlı ağacı, min ton civəsi olan Laçın...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
28 illik işğaldan sonra bu gün Azərbaycana təhvil verilən Laçın rayonunun zəngin tarixi hətta onu işğaldan azad edən 28 yaşlı gənc əsgər və zabitlərə də maraqlıdır.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Rayonun reylefi dağlar və dağlıq yaylalardan ibarətdir. Ən hündür nöqtəsi 3594 metr hündürlüyü olan Qızılboğaz dağıdır. Rayon ərazisindən Həkəri çayı və onun qolları keçir.
Laçında 10 ədəd Şərq çinarı növünə məxsus qədim ağaclar təbiət abidələri kimi qeydə alınıb. Bunlardan 8 ədədi rayonun Malxələf kəndindədir, ən yaşlı ağacın 400 yaşı var, onun diametri 210 sm, hündürlüyü 26 metrdir. Rayon ərazisində "Ardıc meşəsi"ndəki ağacların yaşı 100-150 ilə çatır.
Rayon ərazisində 2 xüsusi mühafizə olunan təbiət ərazisi - Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı yerləşir.
Qaragöl Dövlət Təbiət Qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhəddində dəniz səviyyəsindən 2658 m hündürlükdə 240 hektar ərazidə yaradılıb. Gölün müasir vəziyyəti heç də qənaətbəxş deyil, aerokosmik şəkillərdən gölün tamamilə quruduğu müşahidə edilib.
Laçın Dövlət Təbiət Yasaqlığı 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində 20 000 hektar ərazidə yaradılıb. Burada Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilən heyvan növlərindən dağ keçisi (Bezoar keçisi), Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşıb.
Həkəriçay Laçın, Qubadlı və Zəngilan rayonlarının ərazisindən axaraq Araz çayına tökülür. Ağsuçay Laçın rayonu ərazisinə daxil olur və Həkəriçayına tökülür.
Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən (3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları) civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir.
Laçın rayonunda 73 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb.
Rayon ərazisində yerləşən Ağoğlan məbədi, Məlikəjdər türbəsi (XIII-XIV əsrə aid), Sarı Aşığın xatirə muzeyi, Həmzə Soltan sarayı və Dəmirovlu Pir məbədi Azərbaycan Respublikası ərazisində mövcud olan daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.
Ağoğlan monastrı Laçın rayonunun Kosalar kəndi ərazisində yerləşir. İşğal dövründə Ermənistan Ağoğlan monastırının memarlıq quruluşunda və interyerində dəyişikliklər edib, divar yazılarını korlanıb, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də xeyli sayda alban dövrünə məxsus bir çox ornament və simvolları tamamilə silib, onlardan bir çoxunun formalarını dəyişdirərək tanınmaz hala salıb.
Həmzə Soltan sarayı Laçın rayonunun Hüsülü kəndində yerləşir. XVIII əsrdə tikilməsi ehtimal edilən sarayın tikintisində şərq memarlıq ənənələrindən geniş istifadə edilib. Saray əvvəl böyük bir kompleks təşkil etsə də, dövrümüzə ondan yalnız bir saray binası qalıb. Rayonun işğalından sonra memarlıq abidəsi olan Həmzə Soltan sarayı Ermənistan tərəfindən otel kimi istifadə edilib və içərisində böyük dəyişikliklər aparılıb.
1979-cu ildə fəaliyyətə başlayan Laçın Tarix-Diyarşünaslıq Muzeyində 10 mindən çox eksponat olub. 1992-ci ildə Laçın şəhərinin işğal edilməsi nəticəsində muzey binası tamamilə dağıdılıb, eksponatları məhv və talan edilib. Laçın Dövlət Rəsm Qalereyası da talan edilib, qalereyada saxlanılan 60-dan çox rəsm əsəri erməni vandalizminə məruz qalıb. Laçında bir sıra uşaq musiqi məktəbləri də fəaliyyət göstərib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)





