Cəmiyyət

Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

30 Noyabr 2020 17:22
Baxış: 2 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili işlər orqanlarında yeni təyinat olub.

Milli.Az bildirir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis general-mayoru Teymur Hacıyev Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

T. Hacıyev bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat işləri üzrə rəis müavini kimi fəaliyyət göstərib.

Qeyd edək ki, bir neçə gün əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin əvvəlki rəisi Əkbər İsmaylov Bakı Şəhər Baş Polis idarəsinə rəsi təyin edilib.

Təyinatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.