Cəmiyyət

1346 tibb işçisinə koronavirusa görə əlavə ödəniş edildi

24 Noyabr 2020 16:09
Baxış: 1 340
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə pandemiya ilə mübarizədə iştirak edən 1346 tibb işçisinə 1,07 mln manat məbləğində müddətli əlavə ödənilib.

Səhiyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, oktyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə" Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli qərarına əsasən ödənilib.

Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələrin ödənişi iş vaxtına mütənasib olaraq həyata keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.