Cəmiyyət

Antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır - ÜST

24 Noyabr 2020 11:23
Baxış: 1 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pandemiya dövründə antimikrob dərmanlardan istifadə bu dərmanlara qarşı davamlılığın yaranmasına səbəb ola bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib.

Onun sözlərinə görə, antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır: "Hazırda COVİD-19-a qarşı xüsusi müalicə yoxdur. Hazırda ÜST peyvəndlərin hazırlanması və sınaqladan keçirilməsi səylərini dəyərləndirir".

18-24 noyabr tarixlərində Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinin qeyd edildiyini xatırladan H.Harmancı qeyd edib ki, ağır vəziyyətdə olan və bakterial problemləri olan xəstələrə antibiotik dərmanlardan istifadə tövsiyə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.