Şəhid mayorumuzun həyat yoldaşı: "Telefonunda mənə yazdığı son məktubunu gördüm" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İkinci Qarabağ Müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı.
Onlar Azərbaycan xalqının 28 illik vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq.
Müharibə şəhidsiz olmur. Bu da müharibənin yazılmamış qanunlarından biridir. Elə bir müddət əvvəl şəhadətə qovuşan mayor Aqşin İbadov da torpaqları uğrundan canından keçdi. Düşmənə baş əyməyən, sona qədər qəhrəmancasına vuruşan mayor Aqşin İbadov Zəngilan istiqamətində gedən döuüşlərdə şəhidlik zirvəsinə ucaldı.
Onun vətənə əmanəti ömür-gün yoldaşı və 14 günlük qızı qalıb.
Milli.Az bildirir ki, şəhid mayor Aqşin İbadovun həyat yoldaşı Məhsəti İbadova oxu.az-a açıqlamasında deyib ki, Aqşin qızını cəmi bir neçə gün görə bildi:
"Qızını cəmi bir neçə gün gördü. Bizimlə elə sağollaşdı ki, sanki bir daha qayıtmayacağını hiss edirdi. Şəhid olacağını bilirdi. Aqşin çox vətənpərvər insan olub. O, peşəkar hərbçi, mayor və qayğıkeş ailə başçısı idi.
Döyüşlər başlayanda biz Türkiyədə idik. Azərbaycanın haqq davasında, torpaqlarımızın işğaldan azad olunması üçün hər fürsəti dəyərləndirirdi. Biz sentyabrın sonlarında Azərbaycana gəldik və sentyabrın 30-da Aqşin ön cəbhəyə getdi.
Aqşin Türkiyədə təhsil almışdı. Vətəninə bağlı idi. Onun yoxluğu mənim üçün ağır olsa da, tək təsəllim torpaqlarımız uğrunda şəhid olmasıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün Azərbaycanın işğal altında olan torpaqları artıq azad olunub. Aqşinin də, digər şəhidlərimizin də qanı yerdə qalmadı".
Şəhid mayorun həyat yoldaşı deyir ki, Aqşin şəhid olmazdan qabaq telefonunda qeyd yazıb:
"Telefonuna hər şeyi qeyd edərdi. Bilirdim ki, bu dəfə də nəsə yazıb. Telefonunu mənə gətirən kimi qeydlərin içərisinə baxdım. Orada mənə yazılan son məktubunu gördüm. Onun mənə son sözlərini də belə bildim".
Mayor mobil telefonundakı son qeydi:
"Narahatlıq. Hər şey o qədər mükəmməldir ki, bu, məni çox narahat edir. İçimdəki səs bu qədər mükəmməlik və xoşbəxtliyin davamında bir şeylər olacağını deyir. Susdurmaq istəsəm də bu səsi, susmur. Hər şey, Hərbi Akademiya, evlilik təklifi, Türkiyə, nişan, nikah, qız toyu, öz toyum, təkrar Türkiyə, bir-birini əvəz edən xoşbəxt günlər, qızımızın dünyaya gəlməsi. Allahım, sənə şükürlər olsun!
Bu qədər gözəlliyin davamında şəhadətə sevinc və könül rahatlığı ilə addımlamağa hazıram. Çünki övladımı əxlaqlı, imanlı, vicdanlı və vətənpərvər ruhda böyüdəcək və şəhadətimin qisasını alması üçün qızımı sağlam ruhda tərbiyə edəcək sevdiyim qadın, həyat yoldaşım, can dostum var. Məsi, səni sevirəm əzizim! Allaha əmanət ol!"
Xatırladaq ki, 1984-cü il təvəllüdlü İbadov Aqşin Nizami oğlu Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdu. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə tarix yazan, şəhidlik zirvəsinə ucalan Azərbaycan ordusunun mayoru Aqşin İbadovun peşəkar hərbçi idi.
Allah rəhmət eləsin!
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
XƏBƏR LENTİ
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış





