Qarabağda döyüşən hərbçilərimizin kredit borcları silinəcəkmi? - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Banklar Assosiasiyasına üzv banklar bir müddət öncə hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə qərar qəbul etdi.
Qərar cəmiyyətdə rəğbətlə qarşılandı, onun icrası böyük maraqla izlənməyə başlandı. Son günlər bəzi sosial şəbəkə istifadəçilərinin qərarın icrası ilə bağlı problemlərin yarandığını bildirməsi isə narahatlığa səbəb olub.
Milli.Az bildirir ki, "ARB Xəbər" sözügedən məsələ ilə bağlı maraqlı süjet hazırlayıb.
İddia olunur ki, bəzi banklar borcu olan və səfərbərliyə cəlb edilən vətəndaşlardan bəzilərinin, xüsusən də yaralı hərbçilərin qərarda göstərildiyi kimi kredit faizlərini dondurmayıb.
Rəşad Həsənov - İqtisadçı: "Onların əmək fəaliyyəti artıq risk altına düşüb. Əsas onların borclarının silinməsi, dondurulması, eyni zamanda növbəti dövrlərdə gəlirlərindən, əmək qabiliyyətini bərpa etmək imkanından asılı olaraq yaralıların belə kredit öhdəliklərinin silinməsindən söhbət getməlidir".
Məsələ ilə bağlı bankların da mövqeyini öyrəndiq.
Pərviz Sədrəddinov - "Kapital Bank"ın şöbə rəisi: "Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, habelə düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın kredit borclarını tam olaraq silinir".
Orxan Kazımov - "Bank of Baku"nun departament direktoru: "Bütün hərbçilərimizin, eyni zamanda hərbi səfərbərliyə cəlb edilmiş müştərilərimizin kreditlərinin təqibi tam dayandırılmışdır".
Bank VTB-dən isə bildirildi ki, problemlə əlaqədar mümkün variantlar müştərilərə təklif edilib. Ümumilikdə banklardan aldığımız yekun fikir isə belə oldu: borcların dondurulması, yaxud silinməsi qısa müddətdə reallaşan proses deyil.
Rəşad Həsənov - İqtisadçı: "Biz bilmirik ki, nə qədər hərbçinin ümumi kreditindən söhbət gedir və onun strukturu nədir".
Verdiyi qərara aydınlıq gətirməsi və cəmiyyətdə çaşqınlıq yaranmaması üçün Banklar Assosiasiyasına sorğumuz isə cavabsız qaldı. Mövcud reallıqları nəzərə alaraq, bu mövzunun diqqətdə saxlanılması vacibdir. Çünki söhbət vətən uğrunda hər şey fəda deyənlərdən gedir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
XƏBƏR LENTİ
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi





