“Viki”çilərdən Xudafərin körpüsü ilə bağlı önəmli addım
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "viki" könüllüləri uğurlu işə imza atıblar. Mərkəzin könüllüləri tərəfindən "Vikipediya"nın Özbək dil bölməsində tarixi Xudafərin körpüsü və Prezident İlham Əliyevin abidənin ziyarətinə dair məqalə yaradılıb.
Bu barədə məlumatı Milli.Az-a "Vikipediya" üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk verib.
"Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə "Vikipediya" Beynəlxalq elektron ensiklopediyasında Azərbaycan və İranı birləşdirən, Ermənistan işğalından azad edilmiş Cəbrayıl rayonunda Araz çayı üzərində salınmış tarixi Xudafərin körpüsü haqqında özbək dilində bölmə istifadəyə verilib.
Bölmədə qeyd olunur ki, 23 avqust 1993-cü il tarixində Cəbrayıl rayonunun Ermənistan ordusu tərəfindən işğalı nəticəsində tarixi abidə Xudafərin körpüsü Ermənistan ordusunun nəzarətinə keçmiş, yalnız 4 oktyabr 2020-ci il Azərbaycan ordusunun əks hücumu nəticəsində Cəbrayıl rayonu və Xudafərin körpüsü işğaldan azad edilmişdir. Vurğulanır ki, 1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri də dağıntılara məruz qalmışdır.
Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubunun öz əksini tapdığı qeyd olunan bölmədə vurğulanır ki, Araz çayı üzərində çoxlu körpülər salınsa da onlardan ən əhəmiyyətlisi Xudafərin körpüləridir.
Xudafərin körpüsünün tarixinə bölmədə nəzər salınmış və qeyd olunur ki, Böyük İpək yolunun üzərində yerləşən körpü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunmuşdur.
Yaradılmış bölmədə yazılır ki, Xudafərin körpüləri tikinti materialı və memarlıq üslubuna görə daha monumentaldır və xüsusi naxışlı, dairəvi daş bəzək lövhələri, yüksək memarlıq-mühəndis işinə görə o, Azərbaycan memarlıq ənənələrinin ən dəyərli abidəsi, şah əsəridir.
Altbölmə kimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin erməni işğalçılarından azad edilən Xudafərin körpüsü ilə bağlı bəyanatı verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanımı Mehriban Əliyevanın işğaldan azad edilən Xudafərin körpüsünü ziyarət etməsinə dair fotoşəkillər də əlavə edilib.
Bölmə daxilində İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərində inşa edilmiş eyni adlı su anbarı haqqında da məlumat verilir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər su anbarının Ermənistan Respublikasının işğalı altında olduğu qeyd olunur və onun vasitəsi ilə Azərbaycan Respublikasının 75 min hektar ərazinin suvarılmasının mümkün olacağı qeyd olunur.
Özbək dilində "Xudaferin koʻpriklari" adlı bölmə ilə https://uz.wikipedia.org/wiki/Xudaferin_ko%CA%BBpriklari adlı linkdə tanış olmaq mümkündür.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
XƏBƏR LENTİ
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış





