Cəmiyyət

85 yaşlı veteran Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat ianə etdi - FOTO

17 Noyabr 2020 11:07
Baxış: 7 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

85 yaşlı veteran Şamil Süleymanov Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat ianə edib.

Milli.Az bildirir ki, "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri, polkovnik Şamil Süleymanov Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat ianə edib. O, İllərdir topladığı təqaüdünü ordu heyətinin sosial rifahının yaxşılaşdırılması və texniki cəhətdən təchizatı üçün Fonda könüllü olaraq bağışlayıb. 

Qeyd edək ki, Ş.Süleymanov uzun illər Dövlət Təhlükəsizlik Komitəsində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında işləyib və nailiyyətlərinə görə orqanın "Fəxri əməkdaşı" yüksək adı ilə təltif olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory