Cəmiyyət

Sığorta ilə bağlı əhaliyə xəbərdarlıq edildi

17 Noyabr 2020 13:08
Baxış: 1 106
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) daşınmaz əmlakın icbari sığortası ilə bağlı vətəndaşlara və sahibkarlara xəbərdarlıq edib.

ASA-dan Milli.Az-a verilən məlumata görə, daşınmaz əmlakın icbari sığorta ilə bağlı müddəti bitmək üzrə olan müqavilələr qanunvericiliyə görə yenilənməlidir.

"Daşınmaz əmlakın icbari sığortası "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və bu növ məcburi olaraq tətbiq edilir. Ötən ilin sonunda bu sığorta növü üzrə ciddi təbliğat işləri aparıldı və nəticədə əhalinin böyük bir hissəsi daşınmaz əmlakını sığortaladı. Sığorta müqavilələrinin müddətinin 1 il olduğunu nəzərə alsaq, ötən ilin sonunda bağlanmış müqavilələrin müddəti bu günlərdə bitmək üzrədir", - deyə məlumatda bildirilir.

Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq vətəndaşlara və sahibkarlara bildirir ki, bu müqavilələrin müddəti növbəti dövr üzrə mütləq şəkildə uzadılmalıdır. Əks təqdirdə vətəndaşlar müəyyən məhdudiyyətlərlə üzləşə bilərlər.

Başa çatmaqda olan cari il ərzində təkcə yanvar-sentyabr ayları üzrə daşınmaz əmlakın icbari sığortası növü çərçivəsində baş verən hadisələrə görə sığorta şirkətləri tərəfindən əhaliyə 3,4 mln. manat sığorta ödənişi verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.