Cəmiyyət

ƏDV qeydiyyatının ləğvi üçün hansı şərtlər tələb olunur?

16 Noyabr 2020 22:10
Baxış: 1 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox hallarda vergiödəyiciləri ƏDV qeydiyyatının ləğvi ilə bağlı müəyyən suallarla üzləşirlər.

Milli.Az xəbər verir ki, mövzuya aydınlıq gətirən iqtisadçı Anar Bayramovun sözlərinə görə, vergiödəyicisinin ƏDV qeydiyyatının ləğvi qeydiyyata durmaq qədər asan proses deyil.

İqtisadçı qeyd edib ki, vergi qanunvericiliyinə əsasən, vergiödəyicisinin ƏDV qeydiyyatından imtina etməsi üçün mütləq müəyyən şərtlər gözlənilməlidir. Bu zaman aşağıdakı 2 şərt çox önəmlidir:

- 12 təqvim ayında vergiyə cəlb olunan əməliyyatların ümumi məbləği 100.000 manatdan az olmalıdır

- ƏDV məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən ən azı 1 il keçməlidir.

A.Bayramov, həmçinin deyib ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir. Vergi orqanı ƏDV-nin məqsədləri üçün qeydiyyatı ləğv edilən şəxsin adını, onun haqqında digər məlumatları ƏDV ödəyicilərinin reyestrindən silməli və verilmiş qeydiyyat bildirişini geri almalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.