Cəmiyyət

Şuşanın kosmosdan son görüntüsü - FOTO

8 Noyabr 2020 14:36
Baxış: 4 202
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şuşa şəhərinin erməni işğalından azad olunduqdan sonra "Azersky" peyki ilə çəkilmiş təsviri təqdim olunub.

Milli.Az bildirir ki, "Azersky" peyki vasitəsilə əldə olunmuş təsviri "Azərkosmos" ASC yayıb.

Bildirilib ki, əzəli torpağımız olan Şuşa daim erməni işğalçılarının diqqət mərkəzində olub. İşğal altında olduğu illər ərzində "Qafqazın sənət məbədi", "Şərqin konservatoriyası" adlandırılan Şuşada erməni vandalları tərəfindən dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin, əvəzolunmaz xanəndə Bülbülün ev-muzeyləri, Şuşa qalasının divarları, Pənah xanın sarayı, "Gövhər ağa", "Mərdinli", "Saatlı" məscidləri və digər dəyərli tarixi abidələr talan edilib və dağıdılıb. Ermənistan Şuşanın təbiətinə də ciddi zərər vurmaqla genişmiqyaslı ekoloji terror törədib. Lakin Ordumuzun zəfər yürüşü sayəsində tezliklə düşmənin vurduğu bütün yaralar sağalacaq!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.