57 obyektdə koronavirusla bağlı qaydalara əməl olunmayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində 1569 reyd keçirib.
Agentlikdən Milli.Az-a verilən məlumata görə, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 939 ictimai iaşə obyektində monitorinq keçirilib.
Reyd keçirilən 57 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.
Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb:
"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.
Unutmaq olmaz ki, koronavirusla effektiv mübarizə tədbirləri nəticəsində əldə olunmuş müsbət tendensiyanın davam etdirilməsi üçün bu qəbildən olan tədbirlərin daim diqqət mərkəzində saxlanması və mütəmadi qaydada qabaqlayıcı tədbirlərin həyata keçirilməsi vacib şərtlərdəndir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zərərli hesab etdiyimiz kolanın bu xüsusiyyətləri sizi təəccübləndirəcək
-
Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi
-
Aysun İsmayılova: "Dodağımdan başqa heç bir yerdə gel yoxdur" (Video)
-
"Hitler"ə hökm oxundu
-
BYD-dən “Rolls-Royce” və “Maybach”a rəqib: 1 milyonluq lüks elektromobil təqdim olundu (Foto)
-
Məhkəmə sənədləri 75 il arxivdə saxlanılacaq – Yeni qərar
-
Selena hər gün bir "banka" turşu yeyir
-
"Spotify" bu ölkədə dekabrın 1-dən bağlanır
-
5-ci sinif şagirdi qəzada öldü
-
Kəmalə Günəşlinin daha bir arxiv videosu yayıldı
-
28 yaşlı gənc qəflətən qatarın qarşısına çıxdı, öldü Yenilənib - Foto
-
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən azad ediləcək
-
Xalq artisti: “Qaldım evin küncündə”
-
“Taliban” qadın adlarını da qadağan etdi: “Keçi”, “inək”...
-
Ülkər Yaşarqızının görüntüsü müzakirə yaratdı (Video)
-
Batumidə 2 “Beşiktaş”lı tələbəyə hücum edildi (Foto)
-
Bu 4 əlaməti görməzdən gəlməyin
-
Çinin böyük hərbi təlimi: Adalar belə ələ keçiriləcək
-
Əfqanıstanda məktəbdə partlayış: 6 ölü, 97 yaralı
-
"Mənim pul seyfimin kodunu evdəkilər belə bilmir"
-
Fotosessiya zamanı at gəlini qaçırdı - (Video)
-
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
-
Türk aktrisa: “Ərə getmək fikrində deyiləm, həyat partnyoru istəyirəm”
-
103 yaşlı İkinci Dünya müharibəsi iştirakçısı vəfat etdi





