Cəmiyyət

"Məktəbəqədər qrup və bağçalarda təlim-tədrisin bərpası mümkün deyil" - Nazir

30 Oktyabr 2020 12:00
Baxış: 1 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məktəbəqədər qruplar və bağçalarda təlim-tədrisin bərpası mümkün deyil və onların fəaliyyətində fasilə davam etdiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bağçalarda onlayn təlimin keçirilməsi mümkün deyil: "Amma müəyyən özəl bağçalar və məktəbəqədər qruplar distant yolla uşaqlara hansısa bacarıqları ötürə bilərsə, tapşırıqlar verərsə, bu, qanunsuz sayılmaz. Ən azı iki həftə ərzində təlimin bərpası mümkün deyil. Ondan sonra vəziyyətdən asılı olaraq, bəzi ərazilərdə tədrisin bərpası məsələsinə baxıla bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.