Cəmiyyət

"Koronavirusa yoluxan bəzi cavanlar əsl infeksiya mənbəyi olurlar" - TƏBİB

26 Oktyabr 2020 12:51
Baxış: 1 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusa yoluxma bütün yaş qrupları arasında qeydə alınsa da, yoluxma orta yaşlı insanlar arasında daha çoxdur.

Milli.Az bildirir ki, bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstutunun direktor müavini, professor Akif Qurbanov deyib.

A.Qurbanov əlavə edib ki, yaşından asılı olmayaraq, ümumilikdə çoxsaylı təmaslara məruz qalan insanların koronavirusa yoluxma ehtimalı daha çoxdur:

"Yaşlı xəstələr bu xəstəliyi ağır keçirirlər. Cavan xəstələrdə xəstəliyin klinik əlamətləri ya yüngül, ya da heç olmaya bilər. Amma cavanlarda da xəstəliyin bu cür müşahidə edilməsi pisdir, çünki onlar çox zaman xəstələndiklərinin fərqində olmurlar. "Bir balaca soyuqlamışam, özümü narahat hiss edirəm" desələr də, virusa yoluxduqlarını fikirləşmirlər. Bu halda koronavirusa yoluxan cavanlar əsl infeksiya mənbəyi olurlar və digər insanları virusa yoluxdururlar. Bu məsələlərin hamısına diqqət etmək lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.