"Qələbə gününün yaxınlaşmasına koronavirusla mübarizə ilə də töhfə verə bilərik"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir müddət əvvəl mütəxəssislər xəbərdarlıq etmişdilər ki, ilin soyuq fəsilləri gələndə, payız-qış mövsümündə koronavirusa yoluxmaların sayında artım ola bilər. Soyuq fəsil gəldikcə bütün dünyada yoluxma hallarının sayı kəskin şəkildə artıb. Hətta elə ölkələr var ki, xəstəlik başlayanda yoluxanların sayı bu səviyyədə olmamışdı. İstər Avropa ölkələrində, istərsə də Amerikada, xüsusilə Braziliyada, Hindistanda yoluxma sayları birmənalı olaraq artmaqdadır. Bütün dünya ictimaiyyəti, dünyanın səhiyyə sistemi də çalışır ki, yoluxmaların sayı həddən artıq olmasın. Azərbaycan da dünyanın bir hissəsidir. Burada da yoluxma saylarının artımına havaların soyuması təsir göstərməlidir. Soyuq hava yuxarı tənəffüs yollarının müdafiə qabiliyyətini azaldır və bu fonda bütün respirator xəstəliklər, tənəffüs yolu infeksiyaları, o cümlədən COVID də aktivləşir, yoluxma sayı artır. Digər səbəb isə vətəndaşlardan, bizdən asılıdır. Təmasların sayının artması, qorunma tədbirlərinə kifayət qədər riayət olunmaması istər-istəməz yoluxma saylarının artmasına gətirib çıxarır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.
O, həmçinin bildirib: "Yoluxma sayları çox sürətlə artır. Çünki bir nəfər bir neçə nəfəri, onların hərəsi də bir çox insanı yoluxdura bilir ki, bu da böyük silsilə ilə artıma səbəb olur. Bunun qarşısını almaq üçün lüzumsuz təmaslardan çəkinməliyik. Təmaslar olduğu təqdirdə hökmən qorunma vasitələrindən istifadə olunmalıdır. Bunlar hər kəsin bildiyi maska taxmaq, məsafə gözləmək və əl gigiyenasına əməl etməkdir.
Çox təəssüf ki, bəzi vətəndaşlar maskanı özləri ilə sadəcə "gəzdirirlər". Yəni maskanı ya çənənin altında saxlayırlar, ya da sadəcə ağız nahiyəsini örtürlər. Maskanın bu cür "gəzdirilməsi" hətta yoluxmaya da səbəb ola bilər. Maska həm burun, həm də ağızı, tənəffüs yollarını örtməlidir. İki nəfər həm məsafə saxlayıb, həm də maskadan istifadə edirsə, bu zaman yoluxma ehtimalı 1 faizdən də az olur. Əks halda isə şəxsin biri xəstədirsə, təmaslar əksər hallarda yoluxmaya səbəb ola bilər".
Professor bildirib ki, hazırda torpaqlarımızın işğaldan azad olunması istiqamətində mübarizəmiz, savaşımız davam edir. Hər birimiz tam qələbə gününü səbirsizliklə gözləyirik. Qələbə gününün yaxınlaşmasına koronavirusla mübarizə ilə də töhfə verə bilərik: "Hazırda biz hamımız çalışmalıyıq ki, koronavirusa yoluxanların sayı çox olmasın. Yoluxanların sayı artdıqca ağır xəstələrin sayı çoxalır, nəticədə səhiyyə sistemi, xəstəxanalar yüklənir. Hazırda xəstəxanalar, səhiyyə sistemi müharibədə iştirak edən əsgərlərimiz üçün lazımdır. Bilmək lazımdır ki, qorunma tədbirlərinə, qaydalara əməl etmək sanki vətənpərvərlik hisslərinin bir tərkib hissəsidir. Hər kəs özünü qorusa, yoluxma sayları da, xəstələnmələr də çoxalmaz və biz səhiyyə sistemimizə, son nəticədə isə ordumuza kömək etmiş olarıq".
Onun sözlərinə görə, yoluxma saylarının kəskin artımı soyuq fəsillərlə əlaqəli olsa da, digər tərəfdən buna vətəndaşların psixoloji cəhətdən COVID-i unutmağı da səbəb olub: "Hər birimiz müharibəyə, cəbhədən gələn xoş xəbərlərə kökləndik. Bu da COVID-i psixoloji olaraq ikinci plana keçirdi və qorunma tədbirlərini unutduq. Yoluxma sayları minimuma düşəndə əksər vətəndaşlar qorunma tədbirlərinə riayət edirdilər. Lakin indi marketlərdə, ictimai nəqliyyatda maska taxmayanlara rast gəlmək mümkündür. Bəzən ictimai nəqliyyatda məsafə gözləmək mümkün olmur. Ona görə ictimai nəqliyyatda maska istifadəsi hökmən vacibdir. Düzdür, nəqliyyat sektoru işçiləri, sürücülər bu işə cəlb olunub. Lakin, bu, məcburən olmamalıdır. Hər kəs maska taxmalıdır. İctimai qınaq məsələsi də var. Qoruyucu vasitələrdən istifadə etməyənlərə irad tutulmalıdır.
Hazırda COVID-19 xəstəliyindən sağalanların da sayı çoxdur. Maska taxmayan insanların böyük qrupunu bəlkə də həmin vətəndaşlar təşkil edirlər. Bilməliyik ki, koronavirus infeksiyası özündən sonra davamlı immunitet yaratmır. Təkrar xəstələnmələr mümkündür. Bir neçə məlumat var ki, təkrar xəstələnmələr daha ağır gedişə səbəb olur. Bir çox hallarda isə təkrar xəstələnmələr simptomsuz ola bilər. Çünki orqanizmdə müəyyən immunitet yaranmış olur. Bu zaman həmin şəxs infeksiya mənbəyinə, daşıyıcıya çevrilə bilər. Ona görə də hamı maska taxmalı, qoruyucu tədbirlərə əməl etməlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
XƏBƏR LENTİ
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Paşinyan mükafat almaq üçün Almaniyaya getdi
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı





