Cəmiyyət

Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB

21 Oktyabr 2020 12:07
Baxış: 1 149
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda qripə qarşı vaksinasiyanın aparılması birbaşa COVİD-ə yoluxma sayının azalmasına təsir göstərməyəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstutunun direktor müavini, professor Akif Qurbanov deyib.

A.Qurbanov əlavə edib ki, vaksinasiyanın aparılması insanlarda, sadəcə, COVİD-lə, eyni zamanda, qripə yoluxmanın baş verməsi ehtimalını azaldacaq:

"Bu vaksinasiya ona görə edilir ki, qriplə birlikdə yoluxmanın olduğu zaman COVİD insanda daha da ağırlaşma yaratmasın: "Vaksinasiya ən azından bu sahədə müəyyən qədər işlər görəcək. Amma qripə qarşı vaksinasiyanın aparılması COVİD-ə yoluxmaya birbaşa təsir göstərmir".

Qeyd edək ki, oktyabrın 12-dən 2020-2021-ci ilin payız-qış mövsümündə ölkədə qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə vaksinasiya tədbirlərinə başlanılıb. Bu vaksinasiya tədbirləri tibb işçiləri - həkim və orta tibb personalı, hamilə qadınlar, xroniki tənəffüs sistemi xəstəliyi olan 6 aydan böyük uşaqlar, orta və yaşlı insanlar üçün keçirilir. Vaksinasiya tədbirləri bir ay ərzində həyata keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.