"Özünüməşğulluq proqramı işğaldan azad olan ərazilərdə də geniş vüsət alacaq" - Nazir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Özünüməşğulluq proqramı Azərbaycan Ordusunun bu günlərdə işğaldan azad etdiyi ərazilərdə də geniş vüsət alacaq, həmin ərazilərdə sosial-iqtisadi quruculuğun və inkişafın təmin edilməsinə öz töhfəsini verəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi" üzrə Dünya Bankının missiyası ilə onlayn görüşdə bildirib.
Onun sözlərinə görə, BMT qətnamələrinə məhəl qoymadan 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını, ölkəmizin mülki əhalisinə yönələn terror siyasətini davam etdirir. Oktyabrın 10-da humanitar məqsədlərlə atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan bu razılaşmanı, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə çoxmənzilli yaşayış binalarına "Skad" tipli ballistik raket atıb.
Nazir təcavüzkar Ermənistanın bu növbəti terroru nəticəsində içərisində uşaqların və qadınların, yaşlıların da olduğu 10 nəfərin həlak olduğunu, 34 nəfərin yaralandığını bildirib. O vurğulayıb ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən dinc əhaliyə qarşı hücumları nəticəsində 43 mülki şəxs qətlə yetirilib, 214 nəfər yaralanıb, 277 mülki obyekt, 66 çoxmənzilli yaşayış binası, 1505 yaşayış evi yararsız vəziyyətə düşüb.
S.Babayev Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları, ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin işğaldan azad edilməsi istiqamətində əldə etdiyi zəfərlər barədə də məlumat verib.
Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə icra olunan özünüməşğulluq proqramından bəhs edən nazir bu proqramın ölkədə aztəminatlı ailələrin kiçik biznesə çıxışına şərait yaratdığını deyib. O, cari ildə 12 min ailənin bu proqramın dəstəyi ilə öz kiçik ailə müəssisələrini yaratmaları üçün aparılan işləri qeyd edib.
Bildirib ki, özünüməşğulluq proqramı Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlı kəndini də əhatə edib. Bütün sosial infrastrukturu, daimi suyu, elektrik enerjisi, təbii qazı, asfalt yolları və s. olan, qısa müddətdə müasir və abad bir yaşayış məntəqəsinə çevrilən həmin kənddə 60-dək ailə bu proqrama cəlb olunub. Habelə cəbhəyanı bölgələrdə özünüməşğulluq proqramının əhatə dairəsi ildən-ilə genişlənir.
S.Babayev özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankının "Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi"nin önəmini vurğulayıb. Layihə üzrə 2020-2025-ci illərdə əlavə olaraq 22 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb olunmasının, eyni zamanda məşğulluq xidmətləri və proqramlarının gücləndirilməsinə dəstəyin verilməsinin və s. nəzərdə tutulduğunu deyib.
Bu il üçün 2 min nəfərin bu layihədən faydalanacağını qeyd edən S.Babayev bildirib ki, layihə üzrə özünüməşğulluq proqramına qoşulmaq istəyən potensial benefisiarlar üçün xüsusi elektron forma da hazırlanıb və Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Görüşdə missiyanın üzvləri Maddalena Honorati (baş iqtisadçı), Sara Maykl (Dünya Bankının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri), Mirey Ovadiya (sosial müdafiə üzrə baş mütəxəssis), Sırma Demir Şeker (baş iqtisadçı), Səidə Bağırlı (əməliyyatlar üzrə baş mütəxəssis) ilə birgə Layihənin icrası sahəsində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
-
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO
-
Bakıda qayınatanın gəlinə bahalı hədiyyəsi diqqət çəkdi - VİDEO
-
Maşını oğrulardan qorumaq üçün belə edir - VİDEO
XƏBƏR LENTİ
-
Bakıda narkokuryer saxlanıldı
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
-
Sumqayıtda oğurluq edən qadın saxlanıldı
-
Efiopiyada ağır qəza: 28 nəfər öldü
-
16 ölkədə yüzlərlə yeni meymunçiçəyi halı aşkarlandı
-
Bacısını qətlə yetirən şəxs cəzadan azad edildi
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı
-
Baş nazir Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
-
İzabel Akosta evində ölü tapıldı
-
Cennifer Lopez boşandığı ərindən danışıb kövrəldi
-
Bakıda torpaq bazarında yeni qiymətlər açıqlandı
-
Xəstəxanaya yerləşdirilən Flora Kərimova ilə arxiv FOTOsunu yaydı
-
Mahir Emreli üçün “Kayzerslautern”ə təklif göndərdilər
-
"Kaş meyxana deməzdik" - Aydın Xırdalanlı barədə ETİRAF
-
Norveç şahzadəsinin oğlu həbs edildi - FOTO
-
İlk dəfə tısbağa görən pişiyin reaksiyası gülüş doğurdu - VİDEO
-
Sabah Bakıda 31 dərəcə isti olacaq
-
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO
-
Acunun komandası millimizin üzvünü istəyir
-
Ağ Evdə UFC gecəsi: Yeni çempion bəlli oldu - VİDEO
-
XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi - FOTO
-
Aygün Kazımova Röyaya ad günü hədiyyəsi göndərdi - FOTO





