Cəmiyyət

"Toy və yas mərasimlərinə qoyulan qadağalar davam etməlidir"

27 Sentyabr 2020 07:32
Baxış: 2 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Koronavirus pandemiyasının davam etdiyi dövrdə müxtəlif kütləvi tədbrilərinin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı qoyulan qadağalar  davam etməlidir. Biz ümumiyyətlə toy və yas mərasimlərinin keçirilməsinin formatının dəyişdirilməsi istiqamətində ciddi addımlar atmalıyıq".

Milli.Az bildirir ki, bu fikirləri "ölkə.az"a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədrinin sözlərinə görə, ümumiyətlə qapalı məkanlarla bağlı məsələlərə ciddi yanaşmalıyıq. "İnsanlaırn maska taxması məsuliyyəti artırılmalıdır. Təəssüflər olsun ki, biz son vaxtlarda qapalı məkanlarda maskadan istifadənin azalmasını müşahidə etməkdəyik. Bir sıra qapalı müəssisələrdə işçilər maskalardan istifadə etmirlər. Xüsusən də metroların giriş çıxışındakı xırda ticarət obyektlərinin qarşısında toplaşan insanlar maskalardan istifadə etmir" - millət vəkili qeyd edib.

Komitə sədri hesab edir ki, polis qapalı məkanlarda reydləri artırmaqla ciddi şəkildə qaydalara riayət edilməsinə nəzarət etməlidir: "Lazım gələrsə, ictimaiyyətin də nümayəndələri bu prosesə cəlb oluna bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.