Cəmiyyət

Bu il 21 meşə mühafizəsi işçisi işdən çıxarılıb

18 Sentyabr 2020 16:31
Baxış: 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu il 21 nəfər meşə gözətçisi və digər meşə mühafisəsi işçiləri- director, meşəbəyi, meşəbəyi köməkçisi vəzifə funksiyalarını yerinə yetirə bilmədiyi üçün işdən kənarlaşdırılıb.

Milli.Az Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov "Ekspert saatı"nda deyib.

Onun sözlərinə görə, 221 iş hüquq-mühafizə orqanlarına göndərilib.
N.Xıdırov əlavə edib ki, meşə fondu ərazilərinin özəlləşdirilməsinə yol verilmir. Bu ərazilər dövlətin mülkiyyəti hesab edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.