Cəmiyyət

"Qarabağın səs"i ingilis dilinə tərcümə olundu - VİDEO - FOTO

16 Sentyabr 2020 15:21
Baxış: 771

İşğal olunan torpaqlarımızla bağlı Müdafiə Nazirliyinin və Bakı Şəhər Gənclər və İdman Baş idarəsinim dəstəyi ilə ərsəyə gələn "Qarabağın səsi" layihəsinin ingilis dili versiyası hazırlanıb.  

Qeyd edək ki, layihənin ideya muəllifi nəğməkar şair Cəlal Qurbanov, layihənin rəhbəri isə jurnalist Mintac Elsevər, koordinatoru Mehrab Dadaşovdur.
Mahnının sözləri Cəlal Qurbanova məxsusdur.

Sözləri ingilis dilinə Nigar Həsənzadə tərcümə edib, oranjemanı isə əməkdar artist Əliağa Sədiyevə məxsusdur.

Ekran işini digərlərindən fərqləndirən cəhət onun "Çahargah" muğamının "Mayeyi Çahargah", "Bəstənigar", "Müxalif, Mənsuriyyə", "Üzzal" şöbələrində ifa olunması, mahnıda səslənən silah səslərinin isə əslində zərb alətlərində ifa olunmasıdır.

Klipdə xalq artisti Nurəddin Mehdixanlı ilə yanaşı, muğam müsabiqəsinin qalibləri və iştirakçıları yer alıblar. İştirakçıların stili üzərində Elnur Həsənov və Gülya Vəkilova çalışıb. Ekran işinin rejissorluğu isə Cəlal Kəngərliyə həvalə olunub.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.