Sərnişindaşımada yeni ödəmə sistemi – Şamaxı modeli
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzinin texniki operatorluğu ilə Şamaxı şəhərində sərnişindaşımada nağdsız ödənişlərlə bağlı ən son yeniliklərin tətbiq olunduğu pilot layihəyə başlanıb. Belə ki, Şamaxı şəhərində bir neçə avtobusda təmassız texnologiyanı dəstəkləyən, bank kartları və mobil cihazlardan ödəniş etmək imkanı yaradan yeni sistem quraşdırılıb.
NRYTN-dən Milli.Az-a bildirilib ki, geniş imkanlara malik sistem NFC texnologiyası, QR kodla ödəmə, sosial kateqoriyalar üzrə xüsusi endirim, ödənişlərə real vaxt rejimində nəzarət kimi funksionallıqları özündə birləşdirir. Qeyd edək ki, bu sistemi bütün ictimai nəqliyyat vasitələrinin ödəmə sisteminə inteqrasiya etdirmək mümkündür.
Sistem istənilən bank kartını dəstəkləyir. Vətəndaş bank kartı olmadığı halda bu xidmətdən istifadə üçün "Azər-Türk Bank" ASC-nin təqdim etdiyi "Prepaid" bank kartlarından yararlana bilər. Bu kartları təkcə ictimai nəqliyyatda deyil, həmçinin digər ödənişlər (kommunal xərclər, mağazada alış-veriş və s.) üçün istifadə etmək mümkündür.
Sözügedən kartı "Azər-Türk Bank" ASC-nin filiallarından, "Azərpoçt" MMC-nin filial və şöbələrindən əldə etmək olar. Kartların şəhərin müxtəlif yerlərində quraşdırılan xüsusi qurğulardan da əldə edilməsi imkanı yaradılacaq.
Bu layihə üçün Azərbaycan, rus və ingilis dillərində, Artırılmış Reallıq texnologiyasına əsaslanan xüsusi mobil tətbiq hazırlanıb. Tətbiqin köməyi ilə Şamaxı şəhərinin turizm obyektləri, tarixi məkanları haqqında məlumat almaq, marşrut xəttini müəyyənləşdirmək olacaq. Bunun üçün mobil tətbiq vasitəsilə açılan kameranı "Prepaid" kartın üzərinə tutmaq kifayətdir.
Məlumat üçün bildirək ki, layihənin sponsoru "Mastercard", tənzimləyici qurum isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətidir. Layihə çərçivəsində kart prosessinq və maliyyə xidmətlərini isə "Azər-Türk Bank" ASC həyata keçirəcək.
Qeyd edək ki, ölkə səviyyəsində bu cür layihələrin tətbiqi fiziki təması azaldır, "ağıllı" şəhər layihəsinin inkişafına dəstək verir, həmçinin vətəndaş məmnunluğunu artırır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
XƏBƏR LENTİ
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın





