Cəmiyyət

Bakıda iki qonşunu avtomobil vurub

12 Sentyabr 2020 08:43
Baxış: 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Suraxanı rayonunda iki nəfəri avtomobil vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Günəşli qəsəbəsində baş verib.

1955-ci il təvəllüdlü Səmədov Şamil Böyükağa oğlu və onun qonşusu, 1958-ci il təvəllüdlü Nərimanov Oktay Məmməd oğlu yolu keçərkən hər ikisini avtomobil vurub. Yaralılar 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxananın növbətçi həkimi Mərdəli Hacıyevin APA-ya verdiyi məlumata görə,  Ş.Səmədovun vəziyyəti ağır olduğundan xəstəxanın Reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.