Cəmiyyət

Müəllimlərin elektron yerləşdirilməsi zamanı nəzərə alınacaq meyarlar açıqlandı

8 Sentyabr 2020 15:47
Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başa çatdıqdan sonra keçid balını toplamış namizədlərin yerləşdirilməsi elektron şəkildə, ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, imtahan nəticəsi və seçdiyi vakant yer eyni olan iki və ya daha çox namizədin elektron yerləşdirilməsi zamanı 5 meyar üzrə müəyyən olunmuş əmsallar mərhələli şəkildə həmin namizədlərin imtahan nəticəsinin kəsr hissəsinə əlavə ediləcək.

Belə ki, yalnız yuxarıda qeyd olunan hallarda namizədlərin imtahan nəticəsinə ilk növbədə ixtisas balı, daha sonra isə mərhələli şəkildə təhsil göstəricisi, təhsil haqqında sənədi, pedaqoji stajı və yaşayış yerinə uyğun olaraq əmsal tətbiq ediləcək.

Aşağıdakı infoqrafikada sözügedən meyarların tətbiqi barədə ətraflı məlumat əldə etmək mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.