Cəmiyyət

Yenə sıxlıq, yenə çoxsaylı sərnişin növbəsi - Bakının nəqliyyat dərdi - VİDEO

8 Sentyabr 2020 11:55
Baxış: 1 627
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Saatlar 12:45 dəqiqəni göstərsə də "28 May" metro stansiyasının yaxınlığında sərnişin sıxlığı müşahidə edilir. İnsanlar ictimai nəqliyyata minmək üçün böyük çətinliklərlə qarşılaşırlar.

Milli.Az bildirir ki, "ARB Xəbər" komandası məsələ ilə bağlı ətraflı süjet hazırlayıb.

Sakin: "1 nömrəli avtobusu 1 saat gözləyib, hələ yarım saata da gedib çatıb taksi ilə gedirəmsə, metro ilə 20-30 dəqiqəyə gedib çataram, taksiyə də pul vermərəm".

Sakin: "Vəziyyət çox çətindir. Evdən çıxıb iki saata işə çata bilmirsən, sıxlıqdır".

Vəziyyətdən heç avtobus sürücüləri də məmnun görünmür. Kimisi "metro açılsa, ağ günə çıxarıq" deyir, kimisi də mövcud vəziyyətlə artıq barışmış kimi görünür.  

Avtobus sürücüsü: "Nə qədər avtobus xəttə buraxmaq olar? 40 - 50 avtobus buraxanda artıq şəhərdə də nəqliyyat vasitələrinin sıxlığı olur, tıxaclar yaranır".

Bəli, sıxlığı aradan qaldırmaq üçün artırılan avtobus sayı paytaxtda tıxaca səbəb olur. Belə olan halda həm avtobus intervalı uzanmış olur, həm də mənzil başına çatmaq istəyənlər saatlarla tıxacda gözləməli olur.

Taksi sürücüsü: "Demək olar ki, tıxacsız günümüz olmur. Səhər də, günorta da, axşam da tıxac olur. Metro olmasa, bu tıxaclar hələ davam edəcək".

Tədris ocaqlarının və rayonlara gediş-gəlişin açılacağını düşünsək, nəinki metroları əvəz edən ekspress avtobuslarında, eləcə də digər müntəzəm xətt üzrə maşrut avtobuslarında da sıxlığın, yollarda isə tıxacın daha da artması gözlənilir. Yaşanan və yaşanacaq olan bu problemin isə hazırda yeganə həll yolu metronun açılmasında görünür. Bu isə Nazirlər Kabinetinin verdiyi qərardan asılıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.