Cəmiyyət

Azərbaycanda əhalinin təbii artım əmsalı artıb

31 Avqust 2020 14:13
Baxış: 1 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda əhalinin sayının artmasına baxmayaraq, son illər ərzində təbii artım əmsalı getdikcə azalırdı. Lakin ötən il ərzində ölkə əhalisinin təbii artım səviyyəsində nisbətən yüksəlmə baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2019-cu ildə Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı 8,7 (85263 nəfər) olub. 2018-ci illə müqayisədə çox olmasına baxmayaraq, bu əmsal 2014-2017-ci illərlə müqayisədə azdır.

2014-cü ildə Azərbaycanda əhalinin artım əmsalı 12,2 (əhali sayı 114 855 nəfər artıb) olduğu halda, 2015-ci ildə bu göstərici 11,7-ə (111 513 nəfər), 2016-cı ildə 10,6-a (102 816 nəfər), 2017-ci ildə 8,9-a (86 932 nəfər), 2018-ci ildə 8,4-ə (81 732 nəfər) enib.

Son 29 ildə Azərbaycanda əhalinin ən yüksək təbii artım əmsalı 1990-cı ildə qeydə alınıb. Həmin ildə Azərbaycanda əhalinin təbii artım sayı 140 170 nəfər olub.

Qeyd edək ki, BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaq. Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə təbii artım nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.