Cəmiyyət

Yoluxan insanlarda formalaşan anticisimlərin nə qədər davamlı olması hələ bilinmir - Akif Qurbanov

29 Avqust 2020 12:39
Baxış: 800
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

COVİD-19 virusuna yoluxan insanlarda formalaşan anticisimlərin nə qədər davamlı olması hələ bilinmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

Onun sözlərinə görə, xəstəliyi keçirənlər də, keçirməyənlər də maskadan istifadə etməlidir. Xəstəliyi asimptomatik və simptomatik keçirən şəxslər arxayın olmamalıdır. Çünki həmin şəxslərdə anticisimlərin nə qədər formalaşdığı məlum deyil. Həmin şəxslərin ikinci dəfə bu virusu ağır və ya yüngül keçirəcəyi məlum deyil. Ona görə də xəstəliyi simptomatik və ya asimptomatik keçirən şəxslər arxayın olub maskasız gəzməsinlər. Hər birimiz sona qədər bu virusa qarşı birləşməli və mübarizə aparmalıyıq"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.