Cəmiyyət

Baş Prokurorluq sual-cavab sessiyasında 92 müraciəti cavablandırdı - VİDEO

28 Avqust 2020 17:24
Baxış: 811
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verildiyi kimi, əvvəlcədən vətəndaşlar kütləvi informasiya vasitələri və sosial media vasitəsilə məlumatlandırılaraq Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində prokurorluqla sual-cavab adlı sessiya keçirilir.

Baş Prkurorluqdan Milli.Az-a verilən məlumata görə, avqustun 28-də saat 09:00-dan 13:00-dək Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində növbəti dəfə prokurorluqla sual-cavab adlı sessiya keçirilib: "İctimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılmış, eləcə də müraciətlər qeydə alınıb.
Sessiya zamanı 92 müraciət daxil olub, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.

Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.