Cəmiyyət

Dönər yeyirdi, içindən milçək çıxdı - VİDEO

27 Avqust 2020 18:59
Baxış: 1 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əsasən gənc nəslin daha çox sevdiyi fast-food qidalarından biri də dönərlərdir. İş başında olanlar, gəzintiyə çıxanlar, qaçaraq işlərdə çalışanlar daha çox dönərə üstünlük verir. Amma gərək yeyəndə diqqətli olmağı da unutmayasan. İçərisindən heç gözləmədiyiniz "qonaq" çıxa bilər.

Milli.Az bildirir ki, ARB TV-nin efirində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Ceyran Ələkbərova - Müştəri: "Nahar etmək üçün dönər sifariş verdim. Dönəri gətirəndən sonra baxdım ki, içindən milçək çıxdı".

Satıcı: "İndi milçəkdi də havadan düşüb, nətər düşüb onu biz bilmirik".

Bəli, milçəyin könlü dönər istəyə bilər, amma müştərinin könlünün milçək istəyəcəyini, yəqin ki, heç kim təsəvvür etmir. Onda niyə dönərçi dönərin arasında bir canlını paketləyib başqa bir canlıya göndərir. Üstəlik, milçəkdən dadıb-dadmadığından da əmin olmayan müştərini günahkar çıxarmağa çalışır.

Satıcı: "Niyə məhz o milçək sizin kanaldan çıxır? Bəlkə də heç bizim qoyduğumuz dönərdən çıxmayıb. O milçək, gecə işığa yığılan milçəklər var, o milçəkdəndir".

Bəli, söhbətin hansı ad altında fəaliyyət göstərən dönərçidən getdiyi önəmli deyil. Bu dönərçi olmasın, qonşusu, yaxud rəqibi olsun. Hər biri bir gün bizi milçəklə müjdələyə bilər. Ən yaxşı halda milçəklə.

Qida Təhlükəsizliyi Agentliyinin məsələ ilə bağlı nə deyəcəyini isə müraciətimiz əsasında aparılan araşdırmadan sonra biləcəyik. Ona görə müraciət etmədik ki, müştərinin 2 manatı qaytarılsın. Ona görə müraciət etdik ki, o canlı başqa bir canlının da tikəsindən çıxmasın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.