Cəmiyyət

Bu gündən “Bərabərik” layihəsinə başlanır

26 Avqust 2020 14:08
Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün saat 21:30-da "MTV Azərbaycan"da "Bərabərik" adlı layihəyə başlanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirlik və "MTV Azərbaycan"ın birgə təşəbbüsü olan layihə çərçivəsində istedadlı və gözəl səsə malik əlilliyi olan şəxslərlə bir sıra tanınmış müğənnilərin birgə ifalarının yer aldığı silsilə verilişlər təqdim ediləcək.

Layihənin məqsədi əlilliyi olan şəxslərin timsalında əlilliyin istedad və bacarıqlara, öz arzularını reallaşdırmağa əngəl olmadığını cəmiyyətə aşılamaqdır.

Əlillik həmin şəxslərin istedadlarına, yaşayıb-yaratmaq əzminə mane ola bilmədi, əksinə, onlar öz arzularına doğru inamla addımlayırlar. Yeni layihə də bunu özündə təcəssüm etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.