Dünya

17 dəqiqə ürəyi dayanan qadın həyata qayıtdı - "Özümə yuxarıdan baxırdım"

29 İyul 2025 10:51
Baxış: 1 740
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

17 dəqiqəlik ürək dayanmasından sonra həyata qayıdan qadın başına gələnləri danışıb.

Milli.Az xəbər verir ki, Böyük Britaniyada yaşayan Viktoriya Tomas idman zalında keçirdiyi qəfil ürək tutmasından sonra 17 dəqiqəlik klinik ölüm vəziyyətində qalıb və yaşadıqlarını açıqlayıb.

Hadisə 35 yaşlı Tomas idman zalında məşq etdiyi zaman baş verib. Halı pisləşən qadın yerə yıxılıb və qısa müddət sonra ürəyi dayanıb. Onun sözlərinə görə əvvəlcə ətrafda tam qaranlıq olub, daha sonra isə öz bədənini yuxarıdan izlədiyini hiss edib.

"Zalın tavanı yaxınlığında süzürdüm və yerdəki bədənimə yuxarıdan baxırdım. İlk düşündüyüm isə ayaqlarımın çox kök görsənməsi oldu," - deyə Tomas xatırlayıb. O bildirib ki, ümumiyyətlə sakitlik və ya işıq görməyib, əksinə, qeyri-adi bir müşahidə hissi yaşayıb.

Həkimlərin 17 dəqiqəlik reanimasiya cəhdlərindən sonra qadının ürəyi yenidən döyünməyə başlayıb. Tomas üç gün komada qalıb, daha sonra isə ona kardio stimulyator taxılıb.

Daha sonra ona nadir rast gəlinən genetik xəstəlik - Danon sindromu diaqnozu qoyulub. Bu xəstəlik ürək çatışmazlığına səbəb olur və qadının ürəyi o qədər zəif işləyib ki, həkimlər ona yalnız bir neçə aylıq ömür proqnozlaşdırıblar. 2021-ci ildə o, riskli hamiləlik səbəbilə qeysəriyyə əməliyyatı ilə ana olub.

Lakin 2023-cü ildə Tomas uğurlu ürək transplantasiyası əməliyyatı keçirib. Hazırda 41 yaşlı qadın özünü tam sağlam hiss etdiyini və normal həyata qayıtdığını deyir.

"Mənə ikinci həyat şansı verildi. Ana olmağa davam edə bilirəm. Bu, xəyal edə biləcəyim ən böyük hədiyyədir," - deyə o bildirib.

Qeyd edək ki, Böyük Britaniyada daha əvvəl 45 dəqiqə ürəyi dayandıqdan sonra sağ qalan və tam bərpa olunan bir digər xəstə də qeydə alınmışdı.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.