Cəmiyyət

Regional Rabitə Birliyinin Telekommunikasiya və İnfokommunikasiya Operatorları Şurasının iclası keçirilib - FOTO

15 Avqust 2020 12:34
Baxış: 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Regional Rabitə Birliyinin (RRB) Telekommunikasiya və İnfokommunikasiya Operatorları Şurasının 39-cu iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "COVID-19" pandemiyası səbəbindən onlayn formatda təşkil olunmuş iclasda MDB ölkələrində fəaliyyət göstərən rabitə operatorlarının rəhbər şəxsləri iştirak ediblər.

Müzakirələrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" MMC-nin Baş direktoru Suat Paşayev də qatılıb.

İclasda ötən ilin nəticələri müzakirə olunub, növbəti il üçün inkişaf planları və qarşılıqlı fəaliyyət hədəfləri müəyyən edilib.

Eyni zamanda, pandemiya dövründə görülən işlərdən, "IoT (Internet of Things - Əşyaların interneti)" texnologiyası üzrə əməkdaşlıq məsələlərindən danışılıb.

Qeyd edək ki, əsası 1991-ci ildə qoyulan Regional Rabitə Birliyinin başlıca fəaliyyət istiqaməti iştirakçı ölkələrin İKT sahəsində qarşılıqlı və faydalı əməkdaşlığının qurulması, informasiya mənbələrinin mübadiləsi, onların qlobal informasiya cəmiyyətinə uğurlu inteqrasiyasını təmin etməkdən ibarətdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.