Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi ilə görüşüb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xarici İşlər nazir Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib.
Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. O, Aİ-nin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklə bağlı birmənalı mövqeyini məmnuniyyətlə vurğuladı.
Tərəflər Aİ-Azərbaycan əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən enerji sahəsində strateji tərəfdaşlıq, nəqliyyat layihələri, pandemiya ilə mübarizədə həmrəylik və əməkdaşlıq, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni hərtərəfli saziş üzrə danışıqların davam etdirilməsi və digər məsələlər üzrə fikir mübadiləsi apardılar.
Nazir bu ilin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribat, Ermənistanın nail olmadığı məqsədləri və bölgədəki gərginliyin kökündə duran Ermənistanın təcavüzkar siyasəti barədə qarşı tərəfi məlumatlandırdı. Azərbaycanın münaqişənin danışıqlar yolu ilə həllinə sadiq olduğunu, lakin danışıqların imitasiya yox, real və mahiyyət üzrə aparılmalı olduğu vurğulandı. İşğalçı ölkə Ermənistanla, işğala məruz qalan Azərbaycana eyni yanaşmanın nümayiş etdirilməsinin qəbul edilməz olduğunu bildirən Nazir, BMT TŞ qətnamələrinin də tələb etdiyi kimi, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruriliyini vurğuladı.
Aİ nümayəndəsi sərhəddə baş vermiş gərginliklə bağlı Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünun bəyanatına istinad etdi və bölgədə gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırdıqlarını qeyd etdi. O, Aİ-nin xüsusi nümayəndəsinin də vəziyyəti yaxından izlədiyini və İttifaqın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğuladı.
Tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
AMB faiz qərarını açıqlayacaq
-
Bakıda avtobus sürücülərindən maraqlı ifa - (Video)
-
Hərbi xidmətdə həbs olunan şəxsin aqibəti necə olacaq?
XƏBƏR LENTİ
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Kadırov seçkidə 99,85 faiz səs topladı
-
Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu





